"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Azərbaycanda Oftalmologiya sahəsində ilk akademik alim”

--2019-04-25 / 18:30

Mərdəkan qəsəbəsindəki 181 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri arasında Böyük ictimai Xadim Zərifə əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanda Oftalmologiya sahəsində ilk akademik qadın” mövzusunda inşa yazı müsabiqəsinə 25.04.2019-cu il tarixdə yekun vuruldu.

Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O,həmişə Ulu Öndərimizə mənəvi dayaq, arxa olub. Zərifə xanım oftalmologiya sahəsində görkəmli alim olmaqla yanaşı, həm də Azərbaycan qadınına xas olan ən ülvi, nəcib dəyərləri özündə yaşadan xanım, ziyalı, şəfalı əlləri ilə gözlərə işiq bəxş edən mərhəmətli qəlbi və həlim xasiyyəti ilə könüllərə məlhəm olan nurlu şəxsiyyət idi. O, həm də Azərbaycan xalqına layiqli övladlar yetişdirən gözəl ana olub. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır.

Sonra inşa yazı müsabiqəsinin qalibləri Mərdəkan bələdiyyəsinin sədr müavini Sevil Mansurova tərəfindən “Diplom”la mükafatlandırıldılar.

Xəzər rayonu Mərdəkan bələdiyyəsi

ŞƏRHLƏR